
Hadisə
Süpürgəçi işləyən qadını silahla girov götürdü, səbəbi polisləri şoka saldı - FOTO

Sevdiyi qadını girov götürüb öldürmək istəyən şəxs saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, axşam saatlarında Kanuni Sultan Süleyman Xəstəxanasının həyətində baş verib.
Xəstəxanada təmizlikçi işləyən 48 yaşlı Günay Erbay keçmiş sevgilisi 48 yaşlı Hayri Karaman tərəfindən silahla girov götürülüb.
Başına silah dayanan qadını görənlər polisə müraciət ediblər. Polis əməkdaşları Hayri Karamanı silahını atması üçün xəbərdar ediblər.
Xəbərdarlıqlara məhəl qoymayan Karaman qadının başına dayadığı silahın tətiyini çəkib. Xoşbəxtlikdən silahdan atəş açılmayıb və həmin an polis Karamanı zərərsizləşdirib.
Polislər tərəfindən xilas edilən Günay Erbay əvvəllər Hayri Karamanla münasibətdə olduğunu, lakin evlilik təklifini qəbul etmədiyini bildirib.
Hadisədə elə bu səbəbdən baş verib.


Daha çox xəbər:

Başlıbel faciəsindən 29 il ötür

"Kadırovçu"lardan dəhşət: Ukraynalı qadını zorlayıb boğazını kəsdilər, meyitini yandırdılar - FOTO

Dəhşətli qətldən əvvəl çağırılan polislər evə girməyib? - Rəsmi cavab

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN