
Dünya
"Kadırovçu"lardan dəhşət: Ukraynalı qadını zorlayıb boğazını kəsdilər, meyitini yandırdılar - FOTO

Kiyev yaxınlığındakı Makariv qəsəbəsində gənc qadının Çeçenistan lideri Kadırovun döyüşçüləri tərəfindən zorlandığı və daha sonra öldürüldüyü iddia edilib.
Bu iddia ilə İngiltərənin "Daily Star qəzetinin məlumatına görə, çeçen əsgərlər Tetyana Zadororjinak adlı ukraynalı qadını Kiyev yaxınlığındakı Makariv rayonundakı evindən qaçıraraq yaxınlıqdakı yerə aparıblar.
İddialara görə, gənc qadın günlərlə orada əsir saxlanılıb, əsgərlər tərəfindən zorlanıb və sonda boğazı kəsilərək öldürülüb.
Bildirilib ki, rus əsgərləri qadını xilas etmək üçün evə yaxınlaşan insanları da ölümlə hədələyiblər. Ərazidə olan şahidlər çeçen əsgərlərinin onlara evdən çıxmağa icazə vermədiyini və Tetyanaya kömək edə bilmədiklərini bildiriblər.
Rus ordusunun ötən ayın ortalarında Kiyev ətrafından çəkilməzdən əvvəl Tetyananı vəhşicəsinə qətlə yetirdiyi, cansız bədənini yandıraraq evin həyətində basdırdığı iddia edilir.
Tetyananın iti qapıda sahibinin gəlməsini gözləyir

Digər tərəfdən "Daily Star" qadını qətlə yetirən çeçen əsgərin rus ordusu tərəfindən öldürüldüyü iddiasına da yer verib. Bildirilir ki, ukraynalı qadın ötən il koronavirusa görə ərini itirib və uşaqları ilə tək qalıb, işğal başlayandan sonra ölkəni tərk edə bilməyib.

Daha çox xəbər:

Ramzan Kadırovun "yalançı qəhrəmanlığının" üstü açıldı - FOTO

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

Qaradağlı faciəsindən 30 il ötür

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY