
Dünya
Rusiyalı nazirin çıxışı zamanı xarici rəsmilər zalı tərk etdi

ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonda G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə rusiyalı həmkarı Anton Siluanovun çıxışı zamanı zalı tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Washington Post” yayıb.
Bildirilir ki, Siluanovun çıxışı zamanı zalı ABŞ və Ukrayna da daxil olmaqla, müxtəlif ölkələrin məmurları tərk edib.
Onlar sırasında Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell və Kanadanın Baş nazirinin müavini Kristiya Friland da olub.
Məlumata görə, ABŞ Siluanova sanksiya tətbiq etdiyindən, o, iclasa videobağlantı formatında qatılmalı idi.

Daha çox xəbər:

ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur

Yaponiya Rusiyanın daha 80 şirkətinə qarşı sanksiya tətbiq edib - SİYAHI

Rusiyaya ağır zərbə - Aİ tarixində ilk qərar

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY

Səttar Möhbalıyev: “3+3” formatı regional ticarətin və bu yolla iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər