
Sosial
Daha 11 min şəhid ailəsi və müharibə əlilinə ev veriləcək - Nazir müavini

Şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572, 2021-ci ildə isə 3000-ə çatdırılıb.
Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, ümumilikdə dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə 12 500-dən çox mənzilin verilməsi təmin edilib.
Nazir müavini əlavə edib ki, Ölkə başçısının imzaladığı fərman və sərəncamlar əsasında icra edilən bu proqramlar 2025-ci ilədək davam etdiriləcək.
"Bu proqramlar çərçivəsində daha 11 min şəxsin mənzil və fərdi evlərlə təmin edilməsi nəzərdə tutulub"- o deyib.

Daha çox xəbər:

Kamaləddin Qafarov: “2018-ci ilin Prezident seçkiləri ölkəmizin böyük zəfərlərinin əsasını qoydu”

Rüstəm Nağıyev: “2018-ci ildə Azərbaycan xalqı yenidən davamlı inkişafa və siyasi sabitliyə səs verdi”

200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək

Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür