
Sosial
Müharibəyə könüllü gedənlərə veteran statusu verilməyəcək? - Nazir iddialara CAVAB VERDİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edən şəxslərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur:
“Müharibə veteran” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib”.
O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur:
“Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Daha çox xəbər:

Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”

Dövlətdən 80 manat alacaq şəxslərin NƏZƏRİNƏ! - Fəaliyyətə başladı

Daha iki qurumun hərbçilərinə “Müharibə veteranı” adı verildi - RƏSMİ

Müharibədə iştirak edənlərə ŞAD XƏBƏR - SMS göndəriləcək

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY