
Siyasət
Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər.
Məktuba dərhal reaksiya verilib.
Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İ.Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar. Məktəblilərin səfəri sabah başa çatacaq.


Daha çox xəbər:

Bəzi internet saytlarında İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Mustafa Bədəlovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür