
Siyasət
Müharibənin Azərbaycana mənfi təsirləri açıqlandı

Neft və qaz hasilatının qısamüddətli artımı 2021-ci ildə enerji sektorunda artıma təkan versə də, bu artımın 2023-cü ildən sonra azalacağı gözlənilir. Eləcə də, 2021-ci ildə güclü inkişafdan sonra qeyri-neft-qaz sektorunda artımın mülayimləşəcəyi ehtimal edilir.
"Bu barədə Dünya Bankının müharibə ilə əlaqədar region ölkələrinin iqtisadi proqnozları ilə bağlı hesabatında qeyd olunub.
Hesabata əsasən, Rusiyanın Ukraynaya müdaxiləsi və bununla bağlı Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycanın ixrac yönümlü qeyri-enerji sektorlarına, xüsusən də kənd təsərrüfatı və turizmə mənfi təsir göstərəcəyi gözlənilir.
Digər sektorlarda istehsalın taxta, polad və gübrə kimi kritik idxala çıxışında çətinliklərlə üzləşəcəyi gözlənilir. Ortamüddətli perspektivdə, geosiyasi vəziyyətin sabitləşməsini nəzərə alaraq, 2022-24-cü illər ərzində neft və qaz hasilatının stabilləşəcəyi və qeyri-enerji sektorunda aşağı investisiya səviyyəsi, kənd təsərrüfatı məhsuldarlığının az olması (su təchizatı ilə bağlı problemlər səbəbindən) və regional təchizat zəncirinin pozulması ilə bağlı artımın orta hesabla 2,4% olacağı proqnozlaşdırılır.
Əsas ticarət tərəfdaşlarında artım azaldığından Azərbaycanda xarici tələbin mülayim olacağı ehtimal edilir. 2021-ci ildə ümumi ixracın 32%-nin (ÜDM-in 2,5%-i) Rusiyaya olduğunu nəzərə alaraq nisbətən kiçik olsa da, qeyri-enerji ixracının ciddi təsirlənəcəyi gözlənilir.

Daha çox xəbər:

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin " Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi " layihəsi davam etdirilir

Şəhid ailələri və müharibə əlilləri üçün ehsan süfrəsi təşkil olundu

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident açılışda - YENİLƏNİB + FOTO