
Siyasət
Tumanyan: "Tezliklə Ermənistan-Azərbaycan dəmir yolu xəttinin tədqiqinə başlanılacaq"

Təxminən on gündən sonra Ermənistan-Azərbaycan dəmir yolu xətinin bərpa olunacaq iki hissəsində mütəxəssislər araşdırmalara başlayacaq və onların əsasında layihə hazırlanacaq.
“Bunu “Azadlıq” radiosuna açıqlamasında Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri, Ermənistan baş nazirinin müşaviri Artaşes Tumanyan bildirib.
Onun sözlərinə görə, işçi qrupun işində Rusiya Dəmir Yollarının mütəxəssisləri də iştirak edəcək.
Baş nazirin müşaviri izah edib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə əks olunmalıdır: “Bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər. Ən azı iki tərəf öhdəlik götürməlidir, çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və birgə işlər var. Dəmir yolunun Yerasx hissəsinin bərpası aylar, Meğri hissəsi (burada 45 kilometrlik dəmir yolu) isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil”, - o əlavə edib.

Daha çox xəbər:

QHT rəhbəri Yasəmən Qəyyumlu Şuşa- Xankəndi və Laçın dəhlizi istiqamətində keçirilən"Ekoloji terrora son" aksiyasında iştirak edib

Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN