Siyasət
14:42, 26 январь 2022
57
0

Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi

Nazir Mübariz Qurbanlının qardaşı oğluna yeni vəzifə verdi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. 

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü. 

Qeyd edək ki E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.
Digər xəbərlər: