Siyasət
15:01, 19 ноябрь 2024
281
0

Seymur Orucov: Uğurların bayraqdarı - Prezidentimizin Azərbaycan xalqına verilmiş töhfələri

Seymur Orucov: Etibarlı tərəfdaş və regional Lider

Ağstafa RİH başçısı Seymur Orucov  - “Yeni Azərbaycan Partiyası (YAP) ötən 32 ildə böyük inkişaf yolu keçib. Partiyanın yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə təsis edilib. Azərbaycanın taleyini düşünən insanlar zamanında düzgün qərar qəbul edərək ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdilər”.

21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın əsas missiyası yeni müstəqilliyini elan etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, onu inkişaf yoluna çıxarmaqdan ibarət idi: “Ulu Öndərin bu missiyanı uğurla yerinə yetirdi. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası Dahi Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyanın 32 il ərzində keçdiyi uğurlu yol bu reallığı təsdiqləyir”.

Ulu Öndərin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub: “Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti YAP-ın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyanın sıralarında 730 min nəfərdən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq dövlət başçısının ətrafında sıx birləşmişik. Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər yolu ilə YAP üzvləri inamla addımlayır. Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır”.
Müşfiq Sadıqov: Uğurların bayraqdarı - Prezidentimizin Azərbaycan xalqına verilmiş töhfələri
“Yeni Azərbaycan Partiyası yarandığı gündən aparıcı siyasi qüvvə kimi Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini verib. Təsadüfi deyil ki, Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə dəstəklədiyi Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə layiqli qələbə qazanıb. Prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri, bütövlükdə, Yeni Azərbaycan Partiyasının üstün nüfuzunu, xalqın bu partiyaya inamını göstərən başlıca amillərdəndir. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər. YAP-ın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin olundu. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Birinci xanım Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb” bütövlükdə, Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Hər şeydən əvvəl bu partiya öz gücünü xalqın dəstəyindən aldığını göstərir.
Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir: “Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və Qələbəsi ilə ölçülür. Həm də bu güc onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasında, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra ölkəmizin qarşısında yeni hədəflər dayanır. Bu hədəflər və vəzifələr YAP-ın VII Qurultayından sonra qəbul olunmuş yeni proqramında da öz əksini tapır. Həmin vəzifələrin yerinə yetirilməsi üçün ardıcıl olaraq zəruri addımlar atılır”.

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycanın mötəbər tədbirə-COP29-a ev sahibliyidir. 196 ölkədən 72 min iştirakçının qatıldığı COP29 dünyanı Azərbaycana toplayaraq reallıqlarımızın təbliğində növbəti tribuna oldu. Dövlətimizin başçısı İlham Əliyev COP29-un Liderlər Sammitində Azərbaycanın iqtisadi, siyasi, xarici siyasət uğurlarından geniş bəhs edərək diqqəti hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçidə yönəltdi. Bildirdi ki, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.

Bu statistik rəqəmlər də diqqətdə oldu. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.

Müşfiq Sadıqov: Uğurların bayraqdarı - Prezidentimizin Azərbaycan xalqına verilmiş töhfələri

Azərbaycan 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Dövlət başçısı İlham Əliyev bildirdi: “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Onu da qeyd edək ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrindən də bəhs etdi. Bu məqama da diqqəti yönəltdi ki, Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qərar qəbul edildiyi gündən ölkəmizə qarşı qarayaxma kampaniyalarına başlanıldı. Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, planlarımız açıqlandı. Ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil.

COP29 çərçivəsində keçirilən görüşlərdə, plenar iclaslarda səsləndirilən fikirlər Azərbaycanın hər bir addımının gələcəyə hesablandığının, ölkəmizin dayanıqlı inkişaf modelinin nümunə olmasının təsdiqidir. Azərbaycan özünə güvənən ölkədir. Hər zaman özünü deyil, digər ölkələri də narahat edən məsələləri diqqətdə saxlayır, köməyini əsirgəmir. Cənab İlham Əliyev noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bir sıra məqamlara diqqət yönəltdi.

O da bildirildi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyasi məhbuslar dərhal azad olunmalıdır.

Azərbaycanın hər bir çağırışı beynəlxalq dəstək qazanır. Bu, dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə saxlanıldığının nəticəsidir.
 
Digər xəbərlər: