
Siyasət
Zakir Həsənov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Aprelin 29-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xəbərə görə, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda aparılan islahatlar, eləcə də azad edilən ərazilərdə görülən işlər və Azərbaycan-Ermənistan dövlət sərhədindəki cari vəziyyət barədə ətraflı məlumat verilib.
Müdafiə naziri NATO ilə əməkdaşlıqda əldə edilən uğurlardan danışıb, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən X.Kolomina Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlığını müsbət qiymətləndirib. Bu əməkdaşlığın Azərbaycan-NATO münasibətlərinə də əhəmiyyətli töhfə verəcəyini xüsusi vurğulayıb.
Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha çox xəbər:

Rüstəm Nağıyev: “Ulu Öndərin səyləri ilə Azərbaycanda hətta SSRİ dönəmində də gəncliyin ana dilində təhsilinə üstünlük verilib”

Bəzi internet saytlarında İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı