
Siyasət
Prezident: "Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq"

“Azərbaycan xalqı otuz il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu. Ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq işğalla barışmaq fikrində deyil”.
“Bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
“İlk qurultaydan sonra dəfələrlə deyirdim ki, biz heç vaxt işğalla barışmayacağıq, öz dədə-baba torpaqlarımızı azad edəcəyik. İstəyirdim ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə yox. Hesab edirdim ki, məsələnin sülh yolu ilə həlli mümkündür. Beynəlxalq hüquq və norma prinsipləri ölkəmizin mövqeyini müdafiə edirdi, aparıcı beynəlxalq təşkilatları Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdi. Ermənistanın işğalçılıq siyasəti dünya miqyasında heç kimə sirr deyildi", - dövlət başçısı əlavə edib.

Daha çox xəbər:

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN