
Səhiyyə
Ümidsiz xəstələrin qəlbində həmişə inam, şəfa işığı yaratmağı bacaran Bənövşə xanım Abbasova
O insan xoşbəxtdir ki, ALLAHın bəxş etdiyi ömrü mənalı yaşayır. Uzaqgörənliyi ilə seçilir, həmişə sabaha, gələcəyə can atır, böyük arzularla yaşayır. O arzular ki, zaman-zaman böyüyür və çiçək açır. Bu cür insanlar tək özləri üçün yaşamırlar. Həmişə insani dəyərləri ilə seçilirlər. Onların qəlbində həmişə mərhəmət, insan, Vətən sevgisi olur. Bu cür insanlar böyük amallarla yaşayırlar. O amallar ki, bizi açıq gözlə həyata səsləyir. Əllərindən həmişə yaxşılıq gəlib. Belə insanlardan biri də 3 Saylı Şəhər Klinik Xəstəxanası, Cərahiyyə şöbəsinin Böyük tibb bacısı Bənövşə Abbasova Camal qızıdır.
3 Saylı Şəhər Klinik Xəstəxanası, Cərahiyyə şöbəsinin Böyük tibb bacısı vəzifəsində çalışır. Mehriban və qayğıkeş olmaqla bərabər, öz vəzifəsini ləyaqətlə icra edir. Həyata həmişə nikbin baxır və həyatı yaşayır Bənövşə xanım. İnsanları da özü kimi şən və mehriban olmağa səsləyir. 3 Saylı Şəhər Klinik Xəstəxanasında elə bir insan yoxdur ki, Bənövşə xanımı tanımasın. Sadə insanların qəlbində yer alıb, istəklisinə və sevimlisnə çevrilib baş tibb bacısı. Çünki o, insani məhəbbəti öz halal zəhməti, xeyirxahlığı və sənətinə olan məhəbbəti, bir sözlə, özünəinamı ilə qazanıb. Bu gün elə bu sevgi ilə də o, yorulmaq bilmədən səhiyyəmizdə çalışır. Ümidsiz xəstələrin qəlbində həmişə inam, şəfa işığı yaratmağa çalışır Bənövşə xanım.

Daha çox xəbər:

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan, gözəl insan Dr. Nailə xanım Cabbarova

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür