
Mədəniyyət
Gözəl insan, xeyriyyəçi, 102xeber.az-ın Baş direktor müavini Qənbərov Habil Musa oğlu dünyasını dəyişdi
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib. Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil.
Gözəl insan, xeyriyyəçi, 102xeber.az-ın Baş direktor müavini Qənbərov Habil Musa oğlu dünyasını dəyişib. 102xeber.az rəhbərliyi və kollektivi adından Habil Qənbərovun yaxınlarına baş sağlığı veririk. ALLAH rəhmət etsin.

Daha çox xəbər:

Rəfail Mehraliyev: Prezident İlham Əliyev gənclərlə görüşündə gəncləri milli-mənəvi dəyərlərimizi qoruyub-saxlamağa çağırdı

Mustafa Bədəlovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Cəsarət Əhmədov: “Dövlət Gömrük Komitəsinin fəaliyyəti dövlətə sədaqət və xalqa xidmət prinsipləri əsasında düzgün qurulub”

Bu gün Hacı Ruslan Həsənovun Ən gözəl günüdür