
Mədəniyyət
Azərbaycanda müğənniyə hökm oxundu

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.
APA xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.
Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.

Daha çox xəbər:

Vəkil Əjdər Sarıyev Binəqədi Rayon Baş Polis İdarəsinin müstəntiqi Nuru Həsənovla əlbir olaraq bir ailəni müflis vəziyyətə salıb Rəsmən ÖZBAŞINALIQ

Azərbaycanda general ona “telepuzik” deyən kəşfiyyatçını məhkəməyə verdi - FOTO

Polis kapitanı sərxoş halda faciəyə səbəb oldu: 1 nəfər öldü - Azərbaycanda

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY