İdman
10:17, 21 апрель 2022
51
0

“Universal Döyüş”çülərimiz bu dəfə Özbəkistanda keçiriləcək növbəti dünya çempionatına hazırlaşırlar

“Universal Döyüş”çülərimiz bu dəfə Özbəkistanda keçiriləcək növbəti dünya çempionatına hazırlaşırlar


26-30 may 2022-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Universal Döyüş idman növü üzrə növbəti dünya çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Universal Döyüş Federasiyasının (UDF) verdiyi məlumatda deyilir. Həmçinin təqdim olunan açıqlamada bildirilir ki, çempionata dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatılacağı gözlənilir. Çempionat həm həvəskar, həm də peşəkar formatda, yaş kateqoriyalarına görə yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək. Həvəskarlar arasında yarışlar “Layt” və “Klassik” versiyalarında təşkil olunacaq. Bu mötəbər yarışda Azərbaycan yığma komandası ölkəmizi tam heyətlə təmsil edəcək.

Universal Döyüş Federasiyasından aldığımız məlumata görə hazırda yığma komandamız təlim-məşq toplantılarını davam etdirir. Qeyd olunur ki, Milli komandanın baş məşqçiləri Elşən İsmayılovun və Yaqub İbrahimovun rəhbərliyi ilə idmançılarımızın dünya çempionatına hazırlıqları yüksək səviyyədə həyata keçirilir. Əməkdar Məşqçi, Beynəlxalq dərəcəli Hakim Elşən İsmayılov yetirmələrinin dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.

Məlumatlarda həmçinin qeyd olunur ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənov da yığma komandanın hazırlıq prosesini yaxından izləyir və istər idmançılara, istəsə də məşqçi heyətinə hər zaman olduğu kimi, dəstək olur.

Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyirik və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!

Digər xəbərlər: