İdman
Bu gün futbol üzrə dünya çempionatının püşkü atılacaq - SƏBƏTLƏR
Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkü atılacaq.
Qətərin paytaxtı Dohada baş tutacaq mundialın püşkatması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mundiala qatılacaq 32 komanda püşkdə 8 qrupa bölünəcək.
Yarışın 32 iştirakçısından 29-u məlumdur. Püşkatmada komandalar dörd səbətə bölünüb. Avropa istisna olmaqla digər konfederasiyaların hər qrupda birdən artıq komandası yer almayacaq. UEFA üzvləri isə hər qrupda minimum bir, maksimum üç komanda ilə təmsil oluna bilər.
1-ci səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya
2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, İsveçrə, Uruqvay, Xorvatiya
3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis
4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, Ukrayna/Şotlandiya/Uels, Avstraliya/BƏƏ/Peru, Yeni Zelandiya/Kosta-Rika
Xatırladaq ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
Daha çox xəbər:
İxtiyar Seyfullayev: Bu gün dünya ictimaiyyəti hələ də Xocalı qətliamın bütün dəhşətini olduğu kimi dərk etməyib
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!
Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür