
İdman
“Qarabağ” tarixi matça çıxır

Azərbaycanın avrokuboklardan yeganə təmsilçisi “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.
“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
00:00. Marsel – Qarabağ
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.

Daha çox xəbər:

“Qurban Qurbanovun yerində olmaq istərdim” - “Marsel”in baş məşqçisi

"Qarabağ" - "Marsel" oyununa 3 mindən az bilet qalıb

"Qarabağ" - "Marsel" oyununa 8 mindən çox bilet satılıb

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!