
Hadisə
"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb

"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.
Əlavə məlumat veriləcək.

Daha çox xəbər:

Sumqayıtdakı yanğın necə başlayıb? - Nazirdən AÇIQLAMA

Fərruxda aşkarlanan meyit qalıqları ekshumasiya edilib

Belqradda partladılan neft bazasında səkkiz yanacaq çəni yanır - Əhali evakuasiya edilir

Azərbaycanda dövlət qoruğunun ərazisi yanır - YENİLƏNİB

Bakıda təmir sexində güclü yanğın: 60 canlı qüvvə cəlb edildi - VİDEO