
Hadisə
Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb

Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.
Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.
Qafqazinfo xəbər verir ki, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.
M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib. Və bu iddia ilə də hadisəni törədib.
Qeyd edək ki, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi M. Ə. Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbər:

ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşayan, gözəl insan Dr. Nailə xanım Cabbarova

Başlıbel faciəsindən 29 il ötür

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY