
Hadisə
Nəcməddin Sadıkov Bakıda qəzaya düşdü: "10 min verdi ki..." - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
Bakupost.az məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.




Daha çox xəbər:

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

“Nəcməddin Sadıkov aldığımız torpağı düşmənə verdi” - Generaldan şok açıqlama

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Nəcməddin Sadıkov xəyanət ittihamından danışdı

“Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi”