
Hadisə
Vəzifəli şəxslərə cinayət işi açıldı

İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə saxta “COVID-19” pasportu verməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə “COVID-19” əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Daha çox xəbər:

Şahid: “Vilyam Hacıyevin tapşırığı ilə xəstəxanaya ayrılan pulun 30 %-ni İH-ə verməyi tələb etdilər”

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür