Hadisə
11:03, 07 февраль 2022
68
0

Xocavənddə qəzaya düşən 16 nəfər Bakıya təxliyə edildi

Xocavənddə qəzaya düşən 16 nəfər Bakıya təxliyə edildi


Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

İlkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
Digər xəbərlər: