
Hadisə
Azərbaycanda keçmiş polis faciəli şəkildə öldü

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.
Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.
Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.
Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

Daha çox xəbər:

Başlıbel faciəsindən 29 il ötür

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: "Bacıma qarşı əxlaqsızlıq..." - Bir qətlin TARİXÇƏSİ - FOTO/VİDEO

Azərbaycanda tələbələr dəm qazından zəhərləndi

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür