
Hadisə
Bu ölkədə havanın temperaturu 46 dərəcəni keçdi

Pakistanda mövsümi normaların üzərində olan hava temperaturu müşahidə olunub.
Xarici KİV xəbər verir ki, ölkənin bir çox yerində havanın temperaturu 6-8 dərəcə yüksəlib.
Bildirilib ki, havanın temperaturu Nəvabşahda 46,4, Sibidə 46, Bəhavalpurda 43, paytaxt İslamabadda 38, Lahorda 41 dərəcə olaraq ölçülüb.
Meteorologiya Departamenti rəsmiləri vətəndaşları isti havalardan qorumaq üçün lazımi tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Pakistanda ölkə tarixində ən yüksək temperatur 28 may 2017-ci ildə Bəlucistan əyalətinin Turbat şəhərində 53,5 dərəcə olaraq qeydə alınıb.

Daha çox xəbər:

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident açılışda - YENİLƏNİB + FOTO

Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Rəfail Mehraliyev: Prezident İlham Əliyev gənclərlə görüşündə gəncləri milli-mənəvi dəyərlərimizi qoruyub-saxlamağa çağırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN