
Hadisə
Motosikletçini döyən yüksək vəzifəli şəxs həbs edildi

Bakıda "Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
Qaynarinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.
Qeyd edək ki, 25 apreldə Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
Hadisə Mətbuat prospektində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.
Görüntülərdə "Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir.
Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Daha çox xəbər:

Motosikletçini döyən məmur bu vəzifədə işləyir

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı“Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)”layihəsinin təqdimat mərasimi keçirildi

Bəzi internet saytlarında İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

Xocalı əsirinin tükürpədən xatirələri: "Ürəyim dayanıb, götürüb küçəyə atıblar" - MÜSAHİBƏ/VİDEO

Prezident açılışda - YENİLƏNİB + FOTO