
Gündəm / Siyasət
İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ

"Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur".
Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman AZƏRTAC-a müsahibəsində deyib.
"Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşixislətli qüvvələrdən təmizlədik. Yenə də deyirəm, indi onlar artıq boynubükük şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir", - Prezident vurğulayıb.

Daha çox xəbər:

Mübariz Əhmədzadə: Prezident İlham Əliyevin bütün digər rayon və bölgələrə etdiyi səfərlər kimi, Gəncə şəhərinə səfəri də bir çox mühüm açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar olub

Prezident: "Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb"

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB

İrəvanın məkrli 2025-ci il hədəfi - Bakı və Ankara buna imkan verməyəcək!