
Gündəm / Siyasət
İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.
Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

Daha çox xəbər:

Vahid Əliyev: Qüdrətli, Qalib Azərbaycanın memarı - Heydər Əliyev

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB