
Gündəm / Siyasət
Azərbaycan Prezidenti: “Ermənistandan müsbət xəbərlər alırıq”

“Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən zaman deyib.
“Bir sözlə, ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq. Əlbəttə ki, İran İslam Respublikasının bu işlərə töhfəsi də çox önəmlidir”, - deyə dövlət başçısı əlavə edib.

Daha çox xəbər:

Qara Abdullayev: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşıya qoyulan bütün hədəflərə çatacaq

Paşinyan Azərbaycan və Türkiyə ilə yolların açılmasının əhəmiyyətindən danışdı

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Paşinyan: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan sazişi var"

İlham Əliyev iranlı naziri videoformatda qəbul edib