
Gündəm / Cəmiyyət
Lənkəranda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub
Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunan anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər, abidə önünə gül dəstələri düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalı soyqırımı” adlı kompozisiya nümayiş etdirilib. Qeyd edək ki, gün ərzində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə əhali tərəfindən ziyarət olunub, rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil olunub.

Daha çox xəbər:

Şamxal müəllim: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət

Kərim Tahirov: Tarixi yaddaşlardan heç vaxt silinməyən dəhşətli faciələrdən biri

Cəsarət Qasımov: Şəhidlər ölməz, Vətən bölünməz!

Bəhram Bağırov: Zamana və məkana sığmayan böyük Zəfər

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib