Gündəm / Cəmiyyət
15:35, 12 сентябрь 2023
387
0

Ömrün müdriklik zirvəsində

Hacı Salayev sülh şəhərimiz sayılan Sumqayıt çəhərində doğulub boya-başa çatan dövlət xadimlərimizdəndirHacı Salayevin gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri rəhbərliyin diqqətindən yayınmayıb və o, məsul vəzifəyə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.

Hacı Salayev təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, Vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib.

Zəruri giriş: Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub.

1975–1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb,

1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini,

2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib.

1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1986-ci ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib.

1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub.

1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi). Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur.

Ehtiyatda olan polkovnik rütbəli zabitdir.

2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək "TRUST" Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib.

2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.

2006-cı ilin mart ayından 2010-cu ilin fevral ayınadək "TRUST" Mühafizə Şirkəti İdarə Heyətinin sədri vəzifəsində işləyib.

29 noyabr 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.

2011–2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub.

2012–2015-ci illərdə Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri olub.

24 noyabr 2015-ci ildə V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub.

Azərbaycan-Türkiyə Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun üzvü olub.

2016-cı ildə Milli Məclisin Azərbaycan-Estoniya Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.

Məlum olduğu kimi, Ümummilli liderimiz, böyük öndərimiz Heydər Əliyev keçmiş SSRİ-nin siyasi rəhbərliyindəki vəzifələrindən istefa verdikdən sonra Moskvanın birbaşa havadarlığından bəhrələnən erməni millətçiləri ölkəmizə qarşı ərazi iddialarına başladılar. Sovet imperiyasının hələ tam süquta uğramadığı, rus qoşunlarının ərazilərimizdə olduğu, milli ordumuzun isə hələ yaradılmadığı bir vaxtda ermənilərlə həmsərhəd rayonlarımızın, sərhəd kəndlərimizin müdafiəsi, əhalinin təhlükəsizliyi vəzifəsi yalnız daxili işlər orqanlarının öhdəsinə qalmışdı. Həmin ağır vaxtlarda - 1990-1992-ci illərdə Hacı Salayev gənc olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyevin müdafiəsinə qalxdı. 

Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi Ümummilli liderimiz Heydər Əliyevin diqqətindən yayınmadı və Naxçıvana gəldiyi ilk günlərdən Hacı Salayev Ulu öndərin layiqli köməkçisinə çevrildi.

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki,  Hacı Salayev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
 Hacı Salayev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vətənpərvər insandır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən dövlət xadimidi ki, o, hər bir ehttiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən şəxslərdəndir.
Hacı Salayev xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Hacı Salayev elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.  
 Oda hər kəsə bəllidir ki, Hacı Salayev yüksək savada və dünyagörüşə malik olan vətənpərvər 
insandır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Hacı Salayev məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.
 Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Hacı Salayevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan  açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Hacı Salayevin fəaliyyəti barədə tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. 
 Hacı Salayev haqqında şər və böhtan xarakterli yazılar dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı, vətənpərvər olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Hacı Salayev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. 

Hacı Salayevə qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.





Digər xəbərlər: