
Dünya
Moldova humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Moldova ukraynalı qaçqınlar üçün göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
“Bu barədə Moldovanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikolay Kojuhar bildirib.
“Bu gün bizim üçün əlamətdar gündür. Dost ölkə olan Azərbaycan bu çətin dövrdə Moldovaya kömək edir. Bir çox Ukrayna vətəndaşı Moldova ərazisindən istifadə etməklə digər ölkələrə keçsələr də, hazırda 100 minədək ukraynalı müvəqqəti olaraq Moldova ərazisində məskunlaşıb. Bu isə ölkə əhalisinin, təqribən, 4 %-ni təşkil edir, - müvəqqəti işlər vəkili əlavə edib.
O, yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Ukraynadakı müharibə nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün növbəti humanitar yardım partiyası göndərib.

Daha çox xəbər:

Bəzi internet saytlarında İbrahim Cəfərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir - CAVAB!

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident açılışda - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN