
Dünya
Bunsuz müharibəni bitirmək çətindir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqları zəruri adlandırıb.
Trend bildirir ki, V.Zelenski bunu "Habertürk" telekanalına müsahibəsi zamanı deyib.
"Rusiya Federasiyası ilə gördüklərimizdən sonra danışıqlar üçün böyük istək yoxdur", - deyə Ukrayna Prezidenti bildirib.
Eyni zamanda, o, vurğulayıb ki, istəkdən asılı olmayaraq, "insanların həyatını mümkün qədər xilas etmək üçün hər gün addımlar atılmalıdır".
"İstənilən halda biz danışıqlar prosesi üçün kiçik də olsa imkanlar tapmalıyıq. Bunsuz, düşünürəm ki, müharibəni bitirmək çətindir", - deyə V.Zelenski bildirib.
Bu kontekstdə Ukrayna dövlət başçısı müəyyən liderlərin, o cümlədən Türkiyənin vasitəçilik missiyasının vacibliyini qeyd edib.
"Görüş İstanbulda keçirilə bilər. Düşünürəm ki, haradan başladığımız deyil, necə bitirdiyimiz önəmlidir. Burada mən prezident kimi kifayət qədər praqmatik olacağam və olmalıyam. Razılığa gəlməli olduğumuz şeylər var", - deyə V.Zelenski Vladimir Putinlə İstanbulda keçirilməsi ehtimal edilən görüş barədə suala cavabında bildirib.

Daha çox xəbər:

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür