
Dünya
Bayden İstanbul görüşü barədə danışdı: Rusiyanın konkret hərəkətlərini görməyincə...

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda apardqları danışıqları və Rusiyanın bundan sonrakı addımlarını yaxından izlədiklərini bildirib.
"Bunu dövlət başçısı Ağ Evdə Sinqapurun Baş naziri Li Syanlunla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Bayden jurnalistlərdən birinin “Müharibənin sona yaxınlaşması ehtimalını necə dəyərləndirirsiniz?” sualına belə cavab verib:
“Rusiyanın konkret hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklər, ya yox, görəcəyik. Mən NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderlərilə də görüşdüm. Yaşanan hadisələri yaxından izləməyə davam edirik”, - deyə ABŞ prezidenti bildirib.

Daha çox xəbər:

Rusiyanı çökdürəcək palanın arxasında dayanan gizli məqamlar

NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi

İstanbulda Rusiya-Ukrayna danışıqları başlayıb

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq