
Dünya
Putin martın 31-dək vaxt verdi: "Cavab gözləyir"

Prezident Nazirlər Kabineti, Mərkəzi Bank və “Qazprom”dan hesabat gözləyir.
Rusiya prezidenti Vladimir Putin martın 31-dək Nazirlər Kabinetinin, Rusiya Bankının və “Qazprom” şirkətinin dost olmayan ölkələrə qaz nəqli üçün ödəniş valyutasının rubla dəyişdirilməsi ilə bağlı hesabatını gözləyir.
"Bu barədə bazar ertəsi Kremlin saytında dərc olunmuş dövlət başçısının hökumət üzvləri ilə görüşün yekunlarına dair tapşırıqlar planında deyilir.
“Rusiya Federasiyası Hökuməti Rusiya Bankı, “Qazprom”la birlikdə Rusiya vətəndaşlarına və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən Avropa İttifaqı ölkələrinə, həmçinin digər ölkələrə təbii qazın tədarükü üçün ödəniş valyutasının rus rubluna dəyişdirilməsi üçün bir sıra tədbirlər həyata keçirsin"- sənəddə qeyd olunub.
Prezident bununla bağlı martın 31-dək hesabat gözləyir. Daha sonra isə aylıq hesabatlar təqdim olunacaq. İcraya cavabdeh Baş nazir Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un rəhbəri Aleksey Miller təyin edilib.

Daha çox xəbər:

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

Prezident açılışda - YENİLƏNİB + FOTO

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür