
Dünya
Rusiyalı müxalifət lideri Putinin Ukrayna ilə bağlı gələcək planlarını açıqlayıb

Ukraynadakı Putin ordusu ukraynalı hərbçiləri məğlub edə bilmədiyi üçün dinc əhalini və şəhərləri məhv edir.
Bunu “ Obozrevatel”ə müsahibəsində rusiyalı müxalifətçi İqor Yakovenko deyib. O, Putinin ehtiyatda istifadə edə biləcəyi nüvə silahının olduğunu da xatırladıb. "Mən gərginliyin daha da artacağından başqa variant görmürəm. Onun üçün hansısa danışıqlar cəhdi belə bu müharibədən çıxış yolu deyil, yalnız vəziyyəti gərginləşdirməkdir . O, dayanacağı yerədək dinc əhalini, Ukrayna şəhərlərini məhv edəcək"- Yakovenko proqnozlaşdırır.
Onun sözlərinə görə, danışıqlar variantı Putin üçün də, Vladimir Zelenski üçün də mümkün deyil. Çünki Putin platforması qeyri-mümkün şeyləri təklif edir. Müxalifətçi həm də əmindir ki, Putin heç nəyi “geri qaytarmaq” istəməz.
"Bu adamın qulağının arasını qazmaq olduqca nankor işdir. Burada psixiatrik diaqnoz lazımdır. Onu da uzaqdan qoymaq mümkün deyil. Burada həbsxana tipli xəstəxanada ciddi kliniki araşdırmalar lazımdır. Ümid edirəm ki, bu baş verəcək” - o qeyd edib.

Daha çox xəbər:

Ukraynaya atom bombası verin!

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür