
Dünya
Almaniya Baltik dənizinə hərbi gəmilər göndərib

Almaniya Hərbi Dəniz Qüvvələrinin Birinci Donanması Ukrayna böhranının kəskinləşməsi ilə əlaqədar NATO-nun şimal cinahını gücləndirmək üçün Baltik dənizinə hərbi gəmilər göndərib.
“Report" xəbər verir ki, Almaniyanın Kil şəhərindəki hərbi dəniz bazasından tapşırıqları yerinə yetirmək üçün “Sulzbach-Rosenberg”, “Datteln”, “Fulda” və “Homburg” mina əleyhinə gəmiləri, “Siegburg” minaaxtaran gəmisi, eləcə də alman donanmasının "Elba" tipli təchizat gəmisi Baltik dənizinə yol salınıb.
Almaniya Hərbi Dəniz Qüvvələri aydınlaşdırıb ki, belə tədbirlərin görülməsinə səbəb hazırda gərginləşən Rusiya-Ukrayna böhranıdır.

Daha çox xəbər:

Prezident “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi mərasimində - YENİLƏNİB + FOTO

NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür