
Dünya
Ukraynalı aktyor: "Oğlumun adını "Bayraktar" qoyacağam"

Məşhur ukraynalı teleaparıcı, aktyor, "Dizel" studiyasının bədii rəhbəri Yeqor Krutoqolov “Bayraktar” pilotsuz uçuş aparatları ilə bağlı paylaşım edib.
Ukrayna mətbuatı xəbər verir ki, o, üçüncü oğlunun adını “Bayraktar qoyacağını yazıb.
“Üçüncü oğlumun adını “Bayraktar” qoyacağam. Əgər qız olsa, o zaman “Javelin” qoyacağam”.
Xatırladaq ki, ABŞ istehsalı olan “Javelin” tank əleyhinə idarəolunan raketlərdir.
Onu da qeyd edək ki, Ukrayna Rusiyanın hücumlarını dəf etmək üçün "Bayraktar TB-2" PUA-larından istifadə edir.


Daha çox xəbər:

Prezident açılışda - YENİLƏNİB + FOTO

Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür