
Dünya
Ərdoğanın şəxsi mühafizə rəisi qəfildən öldü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsinin rəisi dünyasını dəyişib.
Prezidentliyin Mühafizə Departamentinin Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren Seneqalda vəzifəsini icra edərkən ürək tutmasından dünyasını dəyişib.
“Anadolu” xəbər verir ki, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfəri zamanı vəzifəsini yerinə yetirərkən baş verib. Eren Ərdoğanın Seneqal stadionunun açılış mərasimi zamanı infarkt keçirib.
Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Eren dünyasını dəyişib. Erenin cənazəsi Seneqaldakı təmaslarını başa vuran prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.

Daha çox xəbər:

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin "Əlillərin protezlərdən, əsa və korsetlərdən düzgün istifadə etməsi üçün maarifləndirilməsi" layihəsinin açılış mərasimi olub

Prezident açılışda - YENİLƏNİB + FOTO

Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN