
Dünya
"Bu, işğalın başlanğıcıdır, Rusiya Ukrayna sərhədlərinə qan daşıyır" - Bayden

ABŞ lideri Co Bayden Rusiyanın addımlarını “işğalın başlanğıcı” kimi xarakterizə edib.
Xarici KİV xəbər verir ki, Bayden Rusiyanın Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə “Sülh Qüvvələri” göndərməsindən danışıb:
“Putinin qərarları Rusiyanın Ukrayna işğalının ilk addımıdır. Rusiya təcavüzünü davam etdirərsə, sanksiyalarımıza davam edəcəyik” – Bayden söyləyib.
ABŞ Prezidenti Moskvanın Ukraynaya qarşı böyük hərbi hücuma hazır olduğuna inandıqlarını ifadə edib:
“Rusiya Ukrayna sərhədlərinə qan və tibbi avadanlıq daşımağa davam edir. Müharibəyə başlamaq istəmirsinizsə, sizə qan lazım deyil. ABŞ NATO müttəfiqlərini qorumaqda qərarlıdır. Amma bizim bütün hərəkətlərimiz müdafiə xarakteri daşıyır. Biz heç bir şəkildə Rusiyaya qarşı hücuma keçməyəcəyik”, - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya-Ukrayna gərginliyi fonunda ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Daha çox xəbər:

"Rusların Ukrayna sərhədindəki ən azı 20 faiz hərbi texnikası məhv edilib" - Müharibənin danışılmayan tərəfləri...

NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi

“Putinə çox şans verdik, amma...” - Baş nazir Rusiya liderini hədələdi

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq