
Dünya
Rusiya “DRX” və “LXR”ə sülhməramlılar göndərir

Rusiya Silahlı Qüvvələri qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın ərazilərində sülhyaratma funksiyalarını yerinə yetirəcək.
TASS xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin “DXR” və “LXR”-nin tanınması haqqında fərmanlarının mətnində deyilir.
“Donetsk Xalq Respublikasının başçısının Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanana qədər Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasının ərazisində sülhməramlı funksiyalarını yerinə yetirməsi təmin edilsin”, - deyə sənəddə qeyd edilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin “LXR”in müstəqilliyinin tanınması haqqında fərmandakı əmri də oxşar şəkildə tərtib edilib.

Daha çox xəbər:

Ermənistan 2-ci Qarabağ savaşının 45-ci günə keçməsini istəmirsə... - GƏLİŞMƏ

Azərbaycan Prezidenti rusiyalı həmkarına məktub göndərib

Azərbaycan lideri: "Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz"

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq