
Dünya
Görüşdən çox bu masa müzakirə olundu - Fotolar

Xəbər verdiyimiz kimi, fevralın 7-si Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib. Görüşdə əsasən Avropada təhlükəsizlik məsələləri, Ukrayna ətrafında yaranan gərginlik, eləcə də Qarabağ məsələsi müzakirə olunub.
“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, liderlərin görüşü zamanı bir neçə məqam diqqət çəkib.
Bunlardan biri Kremldə Putin və Makronun arxasında danışıqlar apardığı masanın uzunluğu olub. Bildirilir ki, masanın uzunluğu azı 10 metr təşkil edib. Masanın qeyri-adi uzunluqda olması isə koronavirus pandemiyası ilə əlaqədar olaraq epidemioloji təhlükəsizlik məsələləri ilə əlaqələndirilib.
Buna baxmayaraq, görüşdən fotolar sosial şəbəkələrdə müzakirələrə və zarafatlara səbəb olub. Nəticədə, liderlərin görüşü ilə bağlı çox sayda “caps”lər yaradılıb.
Görüşlə bağlı digər diqqətçəkən məqam Putinlə Makronun bir-birinə “sən” olaraq müraciət etməsi olub.




Daha çox xəbər:

ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür