
Dünya
Putin və Conson arasında gərgin telefon danışığı olub

Tərəflər Ukraynadakı vəziyyəti və təhlükəsizlik təminatlarını müzakirə edərkən qarşılıqlı ittihamlar səslənib.
Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Boris Consonla Ukrayna və təhlükəsizlik təminatlarını müzakirə edib
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadaxili böhran və Rusiyanın təhlükəsizlik zəmanətləri kontekstində ətraflı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, NATO Rusiyanın narahatlıqlarına "adekvat cavab vermək istəmir".
"Eyni zamanda alyansın təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd olan açıq qapı siyasətinə istinadlar arxasında gizlənib. Dövlət başçısı (Putin) bu məsələlərə əsaslı yanaşmaları qeyd edib. O, xüsusilə Kiyevin Minsk razılaşmalarına xroniki təxribat törətməsinə diqqət çəkib", - Kremlin açıqlamasında deyilir.

Daha çox xəbər:

NATO-nun Rusiyaya "Soyuq cavab"... 30 ilin ən genişmiqyaslı hərbi təlimi

Zelenski: “Bu, Ukrayna üçün həlledici olacaq” - Conson zəmanət verdi

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

Boris Consonla bağlı qalmaqala görə dörd köməkçisi ard-arda istefa verdi

NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq