
Dünya
Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verildi

Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib.
Ermənistan parlamentinin Mətbuat xidməti xəbər verir ki, parlamentin sədri Alen Simonyan Armen Sarkisyanın istefası barədə protokolu imzalayıb.
Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. O, bir həftə ərzində istefasını geri götürə bilərdi. Ölkədə prezident səlahiyyətlərini Alen Simonyan icra edəcək.
Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Prezidenti millət vəkilləri 7 il müddətinə seçəcəklər.

Daha çox xəbər:

Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Prezident İlham Əliyev Gəncədə səfərdədir - YENİLƏNİB

İrəvanın məkrli 2025-ci il hədəfi - Bakı və Ankara buna imkan verməyəcək!

Dünyanın ən varlı 5 adamı iki həftə ərzində 85 milyard dollar itirib