
Dünya
Putin dünyanı təhdid etdi: "İldırımsürətli zərbələr endirəcəyik"

Əgər kimsə Ukraynadakı vəziyyətə kənardan müdaxilə etmək istəsə və strateji təhlükə yaradarsa, o zaman ildırımsürətli zərbələr endiriləcək.
Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, strateji təhlükəsizliyə təhlükə yarandığı halda belə zərbələrlə bağlı bütün qərarlar qəbul edilib.
Putin qeyd edib ki, Rusiya ona qarşı təhlükə yaranarsa, ona cavab olaraq rəqiblərinin hələ ki malik olmadığı vasitələrdən istifadə edəcək.
“Bunun üçün bizdə bütün vasitələr var. Belə ki, indi heç kim öyünə bilməz. Biz isə öyünməyəcəyik, lazım gələrsə, onlardan istifadə edəcəyik”, - Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, fevralın 24-də Donbas və Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın bütün tapşırıqları qeyd-şərtsiz yerinə yetiriləcək.

Daha çox xəbər:

Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...

İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - VİDEO

Prezident açılışda - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - ŞOK OLAY