
Dünya
Rus ordusu hücuma keçib, bu əraziləri ələ keçirib

Rus ordusunun 76-cı Hava Hücum Diviziyasından iki batalyon taktiki qrupunu Belqorod vilayəti ərazisindən İzyum şəhərinə köçürülüb.
Bundan əlavə, rus ordusu Belqorod vilayətinin yaşayış məntəqələri ərazilərində düşmən “İsgəndər-M” OTRK-nın iki raket diviziyasını yerləşdirib.
Bu barədə məlumat aprelin 27-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını Facebook səhifəsində yer alıb.
Məlumatda bildirilir ki, İzyum istiqamətində Şərq Hərbi Dairəsinin 1-ci Tank Ordusu, 20-ci Əlahiddə Ümumqoşun Ordusu, Qərb Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusu və 68-ci Ordu Korpusu ilə hava desant qoşunlarının bölmələri Barvenkovo istiqaməti hücum əməliyyatları həyata keçirir.
"Rus ordusu artıq Bolşaya Kamışevaxa qəsəbəsinin şimal-şərq kənarını ələ keçirib, həmçinin Zavodı qəsəbəsini də nəzarətə götürüb" - məlumatda deyilir.

Daha çox xəbər:

Ukraynada cəbhədəki son vəziyyət AÇIQLANDI

Ukrayna MN müharibənin 35-cü günündə cəbhədəki son vəziyyəti AÇIQLADI

Sərhədə cəmləşdirilmiş qoşunlar hərəkətə keçdi - YENİ VİDEOLAR YAYILIB

Fərhad Həsənov: 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın qüdrəli dövlət kimi beynəlxalq nüfuzunu sürətlə artırdı

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN