
Dünya
Tramp: Bayden dovşandan əmrlər alır

Demokratlar və Bayden administrasiyası ABŞ-ı məhvə sürükləyir və onu “cəhənnəmə” göndərir.
"Times Now" xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
Ohayoda tərəfdarlarının mitinqində çıxış edən Tramp deyib: “Fakt budur ki, seçkilər saxtalaşdırılıb, oğurlanıb və indi ölkəmiz məhv edilir. Ölkəmiz dağıdılır, ölkəmiz cəhənnəmə gedir. Bizdə heç vaxt belə bir şey olmayıb”.
Co Baydenə qarşı qəzəbli formada çıxışını davam etdirən Tramp təəssüflə qeyd edib ki, indi nə baş verdiyini heç anlamayan bir prezidentimiz var: "O, havada əl sıxır, bir az çaşqın halda gəzir... və Pasxa dovşanından əmrlər alır”.

Daha çox xəbər:

Şamil Heydərov: Barəmdə yazılanların heç bir əsası yoxdur

Aqiyə Naxçıvanlı: “Cənubi Qafqazda yeni bir era- sülh və inkişaf erası başlayır”

CƏNUBİ QAFQAZDA SÜLH MİSSİYASININ MEMARI İLHAM ƏLİYEVDİR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!

Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN