
Cəmiyyət
Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə məruz qalan şəxslərə müraciət etdi

Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Daha çox xəbər:

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib

Baş prokuror "Tərtər işi" ilə bağlı xitam verilmiş qərarı ləğv edib

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb

“Tərtər işi” ilə bağlı bu qərar ləğv edildi

“Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi”