Cəmiyyət
11:59, 12 июль 2024
81
0

Nizami Mayılov: Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri davam edir



Mir Cəlal küçəsi 2 saylı ünvanda tullantıların səmərəli idarə olunması üçün yeni meydaça yaradılmışdır

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov  - Bakı şəhərində yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyasının icrası davam etdirilir. Bununla bağlı hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlərin sayının artırılması quraşdırılması işləri aparılır. Əsas məqsəd şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam edir.
Belə ki, sakinlər tərəfindən daxil olan müraciətlər əsasında, Nəsimi rayonu Mir Cəlal küçəsi 2 saylı ünvanda binanınn yaxınlığında yerləşən içməli su anbarının divarına yaxın məsafədə olan məişət tullantılarının müvəqqəti toplanması üçün konteyner meydançasının yeri dəyişdirilərək digər məqsədə uyğun ərazidə yeni meydança yaradılmışdır. Eyni zamanda gigiyenik normalara əsaslanaraq ətrafda sanitar təmizlik tədbirləri aparılmışdır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  tullantıların səmərəli idarə olunması üçün rayonda mövcud müvəqqəti toplama meydaçalarının təmir edilməsi, ehtiyac olan ərazilərdə məişət tullantı konteynerlərin  saylarının artırılması, quraşdırılması istiqamətdə işlər davam etdirilir.
















Cavadxan küçəsi 34 və 38 saylı ünvanda abadlıq-quruculuq işləri davam edir

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Nəsimi rayonunda keçirilən səyyar qəbullar zamanı sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, Cavadxan küçəsi 34 və 38  saylı binaların əhatəsində yerləşən həyətdə abadlıq quruculuq işləri davam etdirilir.
“Abad həyət “ layihəsi çərçivəsində ümumi yaşayış binalarının  fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib, binanın giriş pilləkənləri aqlay daşla üzlənilib, qapı və pəncərələr yeniləri ilə əvəz olunub. Həyətdə kök üstə qurumuş ağaclar ərazidən çıxarılıb, yeni suvarma sistemi  çəkilib. Hal-hazırda  həyətdə torpaq işləri görülür, istinad divarları hörülür, tamet, bardür daşları vurulur.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri aparılır. Eyni zamanda həyətə  qazon, asfalt örtüyünün vurulması, işıqlandırma sisteminin və təhlükəsizlik kamerlarının quraşdılması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun  digər ünvanlarında  da abadlıq - quruculuq, yenidənqurma işləri davam etdirilir.











Digər xəbərlər: