Cəmiyyət
11:38, 11 июль 2024
77
0

Seymur Kərimov şərəfli vəzifə sahibidir



Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının direktoru Seymur Kərimovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Seymur Kərimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Seymur Kərimov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının direktoru Seymur Kərimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Seymur Kərimovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Seymur Kərimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının direktoru Seymur Kərimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının direktoru Seymur Kərimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Seymur Kərimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.  

Vətənpərvər ziyalımız Seymur Kərimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir. 

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür. 

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Seymur Kərimovda məhz bu amalda olan insanlardandır. 

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının direktoru Seymur Kərimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Yaranma tarixi: 5 iyul 2003-cü il 

Yerləşməsi: Kür-Araz ovalığı (Qaradağ, Salyan və Neftçala  rayonları)

Sahəsi: 54 374,5 ha

Landşaft: Yarımsəhra, çöl, düzən gölü, su-bataqlıq ərazisi, dəniz sahili

Rast gəlinən bitki növləri: iydə (Elaeagnus caspica), Xəzər sarıbaşı (Kalidium caspicum), Xəzər şahsevdisi (Halostachys caspica), ağacşəkilli çərən (Suaeda dendroides), ağacşəkilli gəngiz (Salsola dendroides), şoviç yovşanı (Artemisia szowitziana), budaqlı qışotu (Petrosimonia brachiata),ətirli yovşan (Artemisia fragrans) və s.

Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları (cüllütkimilər, qazkimilər, qızılqazlar), canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.

Qırmızı kitab”a daxil olan növləri: ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək və s.Şirvan Milli Parkının heterofaunasında 17 növ sürünən - Aralıq dənizi tısbağası, Xəzər tısbağası, bataqlıq tısbağası, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, suilanı, zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s. qeydə alınmışdır.

Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər növləri toplantılar əmələ gətirir.

Böyük və Kiçik Çala (Qızılqaz) göllərində faunanın 60-65%-ni qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi qamışlıq fərəsi, kiçik qamışlıq fərəsi, cırtdan qamışlıq fərəsi təşkil edir.

Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, imperator qartalı, ütəlgi qızılquş, şahin və s. növlərə az miqdarda rast gəlinir.

Məməli heyvanlardan Respublikamızda yayılmış demək olar ki, bütüm dəstələrin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.

Həşəratyeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, güldenştedt qonurdişi, yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s., gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, Kiçik Asiya ərəbdovşanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, doşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi, cütdırnaqlılardan çöl donuzu və ceyran məməlilər faunasının özəyini təşkil edir.

PALÇIQ VULKANLARI

Şirvan Milli Parkının ərazisində Bəndovan palçıq vulkanı yerləşir. Bəndovan palçıq vulkanı Bəndovan burnunda yerləşib, morfoloji cəhətdən xüsusiləşmiş dağdan ibarətdir. Onun əsasının diametri 2 km-dən artıqdır. Vulkanın yamacları, xüsusilə şimal-şərq və cənub-qərb yamacı dərin qobularla kəsilmişdir. Vulkanın kraterinin təpə hissəsi çox doğranmış yayla şəkilli səthdən ibarətdir. Yaylanın şimal və şərq hissələrində fəaliyyətdə olan 65 sopka, qrifon və salza qruplaşmışdır. Bəndovan sahəsinin geoloji quruluşunda məhsuldar qat, Ağcagil və Abşeron mərtəbələrinin çöküntüləri iştirak edirlər.




Digər xəbərlər: